Bakıda vəkil qayınatası ilə birgə qonşusunu döydü – Video

Bakıda vəkil qayınatası ilə birgə qonşusunu döydü – Video

Bakı şəhər Nərimanov rayonunun ərazisində yerləşən “Şəhər Bağları” yaşayış kompleksinin bir qrup sakini arasında insident yaşanıb.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, kompleksdə yaşayan 73 yaşlı Tofiq Hüseynov həyətdə gəzərkən qəfil hücuma məruz qalıb. Sakinlərin bildirdiyinə görə, T.Hüseynov axşam saatlarında həyətdə olarkən onunla eyni kompleksdə yaşayan Aydın Hüseynov tərəfindən bıçaqla hədələnib. O, qonşusunun əlində bıçaq ona tərəf gəldiyini görüb. Qaçıb uzaqlaşmaq istəyərkən A.Hüseynovun kürəkəni Məharət Hüseynli onu vuraraq yıxıb. Yerdə uzanıqlı vəziyyətdə olan T.Hüseynova zərbələr endirib. Bu zaman Tofiq Hüseynovun oğlu atasına kömək etmək istəyərkən o da Məharət Hüseynli tərəfindən vurulub.

M.Hüseynlinin zərbə endirdiyi 73 yaşlı sakin xəstəxanaya yerləşdirilib. T.Hüseynov başından yüngül travma alıb, sol çiyni əzilib, qulağı kəsildiyi üçün tikiş qoyulub. Yaşayış kompleksinin digər sakinləri və mühafizə xidmətinin işçiləri də hadisəyə şahidlik ediblər. Mühafizə polisinin mübahisəyə müdaxiləsindən sonra ortalıq sakitləşdiyi deyilir. Ancaq daha sonra M.Hüseynli və A.Hüseynovun yenidən qonşularla şiddətlə mübahisəyə başladığı bildirilir.

Məsələ ilə bağlı Məharət Hüseynli açıqlama verib. O xəbəri təkzib edib:

“Xeyr, belə bir hal yoxdur. Görüntülərdə nə olduğunu bilmirəm”,- deyə Məharət Hüseynli deyib.

Qeyd edək ki, Məharət Hüseynli hüquqşünasdır. Onun Sumqayıt Aşqarlar ASC”-də, EL OİL LLC-də və EL HOLDİNG – də hüquqşünas olduğu bildirilir. Həmçinin Məharət Hüseynli “Avtomotisevis” ASC-nin baş direktorudur.

Yazıda adları çəkilən digər şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik:

Teqlər: