Bakıda vəfat edən keçmiş dövlət katibi dəfn edildi

Bakıda vəfat edən keçmiş dövlət katibi dəfn edildi

Rusiyanın keçmiş dövlət katibi və baş nazirin müavini Gennadi Burbulis Moskvada Troyekurovsk qəbiristanlığında dəfn olunub.

AzerTimes xəbər verir ki, bu barədə TASS nəlumat yayıb.

Bildirilib ki, qəbiristanlığın dəfn evinin Böyük vida zalında mərasim keçirilib. Mərasimə gələnlər siyasətçinin ailə üzvlərinə başsağlığı veriblər.

Xatırladaq ki, o, IX Qlobal Bakı Forumunda iştirak edib. 77 yaşlı G.Burbulis iyunun 19-da Bakıda qaldığı oteldə vəfat edib.

G.Burbulis 1945-ci il avqustun 4-də anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumət başçısının birinci müavini vəzifəsində çalışıb, Rusiyanın ilk prezidenti Boris Yeltsinin ən yaxın adamı olub. O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejsk sazişinin hazırlanmasında iştirak edənlərdən biri olub.

Qeyd edək ki, o, 2017-ci ildə Rusiyanın Krımı ilhaqına qarşı çıxış edib. Keçmiş dövlət katibi Rusiyanın Ukraynaya qarşı hərbi müxadiləsinin də əleyhinə olub.

Teqlər: