Bakıda və bu rayon ərazilərində su olmayacaq

Bakıda və bu rayon ərazilərində su olmayacaq

Şirvan və Hacıqabul şəhərlərində, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə AzərSu-dan bildirilib.

Qeyd edilir ki, Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan və Hacıqabul şəhərlərinə, həmçinin Bakının Qaradağ, Binəqədi və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.