Bakıda 38 185 təhsil işçisindən 24 mindən çoxu vaksinasiya olunub.
AzerTimes-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.
Nazirin sözlərinə görə, 4 620 nəfər yoluxduğu üçün, 3400 nəfər digər səbəblərdən, yəni xəstəlik, hamiləlik, antitel olduğu üçün vaksinasiya olunmayıb. 3000-ə yaxın şəxs həkimdən arayış gətirdiyi üçün peyvənd edilməyib, cəmi 2500 nəfər imtina edib.
“Hamının vaksinasiya olunmasını tövsiyə edirəm”- deyə, nazir vurğulayıb.