Bakıda “Unibroad”un təşkilatçılığı ilə təhsil sərgisi keçirilib (FOTO)

Bakıda “Unibroad”un təşkilatçılığı ilə təhsil sərgisi
keçirilib.

Trend-in
məlumatına görə, sərgi iştirakçıları 10-dan artıq dünya səviyyəli
universitetdə bakalavr, magistr, doktorantura, MBA proqramları, yay
kursları, qısamüddətli kurslar, təcrübə və xarici dil proqramları,
həmçinin müxtəlif təqaüd və güzəştlər haqqında məlumat almaq imkanı
əldə ediblər.

“Uniboard” platformasının təsisçiləri İradə Həsənova və Elmar
Əbülfəzlidir.

Sərgidə Avstraliya, Kanada, Fransa, Almaniya, İspaniya,
Macarıstan və digər ölkələrin universitetləri iştirak edib .
Sərgi xaricdə təhsil almaq istəyən və ümumiyyətlə xaricdə təhsil
ilə maraqlanan və yaxın gələcəkdə xaricdə təhsil almaq planları
quran şəxslər tərəfindən böyük maraqla qarşılanıb.

İradə Həsənova sərgi ilə bağlı Trend-in suallarını cavablandırarkən qeyd edib
ki, dünyanın 500-dən çox universiteti ilə müqaviləsi olan
“Uniboard” özündə 100 mindən çox fakültəni birləşdirir.

“Mütəmadi olartaq fərqli regionlarda keçirilən dünya
universitetlərinin sərgisi bu dəfə Azərbaycanda təşkil edildi.
Universitetlərin rəsmi nümayəndələri Bakıya gələrək tələbələrlə bir
başbaşa ünsiyyətdə olaraq onlara təhsil və təqaüd imkanları barədə
məlumat verir. Biz azərbaycanlı tələbələrə heç bir təhsil
şirkətlərinə ödəniş etmədən bir başa universitetlərlə görüş təşkil
edərək yerində dünya universtitlərinə qəbul omaq təqaüd almaq
imkanalrıın yaradırıq. Azərbaycan Prezidenti İlham Əliyevin
sərəncamı ilə olan dövlət təqaüdlərindən əlavə alternativ olaraq
hər bir ölkənin təqaüd proqramları var və biz onları azərbaycanlı
tələbələrə təqdim etmək üçün gətiririk. Bu gün həmçinin Uniboardun
rəsmi tərəfdaşı olan Hyundai Azərbaycan bu sərgidə yeni modelini
təqdim edərək xarici qoaqlarımıza hədiyyələrini veriblər”, – deyə o
əlavə edib.

Varna İdarəetmə Universitetinin rektoru Todor Radev Trend-in sualına cavab
olaraq , sərginin çox yaxşı və maraqlı təşkil olduğunu
bildirib.

“Sərgidə çox prestijli universitetlərin olduğunu və gənc
insanların onlara necə maraqla yanaşdıqlarının şahidi oluram.
Gənclərin təhsilə olan maraqlarını yüksək qiymətləndirirəm. Bakıda
ilk dəfədi oluram və azərbaycanlı tələbələrlə ünsiyyətdə olarkən
onların həyəcan və marağı məndə də pozitiv düşüncələr yaradır”, –
T. Radev qeyd edib.

İsveçrədəki Amerika Universitetinin rəsmi nümayəndəsi
Aleksandros Katsidonis isə Trend açıqlaması zamanı Bakıda insanlar tərəfindən çox
xoş qarşılandığını bildirib.

“Bakıya ilk səfərimdir və bu tarixi görünüşə malik şəhərdə hər
kəs tərəfindən çox səmimi, mehriban qarşılandım. Azərbaycanlı
tələbələrlə görüşümüz zamanı onların təhsilə, öyrənməyə kariyera
qurmağa, özlərini inkişaf etdirməyə bu qədər çox həvəsli olmaqları
məni çox sevindirdi”, – deyə o əlavə edib.

Cambrdige təhsil qrupunun regional direktoru Will Maciver
həmçinin Trend-in suallarına cavab olaraq, azərbaycanlı
tələbələrin ünsiyyətdə olduğu zaman onların təhsilə çox meyilli
olduqlarını bildirib.

“Azərbaycana ilk dəfə 1994-cü ildə gəlmişdim və o zaman
situasiya tamam fərqli idi. Əlbəttə, indi daha inkişaf edib və
gözəlləşib. Ümumiyyətlə, Azərbaycana gəlmək məni sevindirir burda
olmaqdan çox şadam. Azərbaycanlı tələbələr mənim bir tələbədə
görmək istədiym bütün xüsusiyyətlərə sahibdirlər. Daim öyrənməyə
meyillidirlər. Onlar tək öz ölkələrinin yox, başqa ölkələrində
təhsil sistemləri, imkanları ilə maraqlanıb, özlərini inkişaf
etdirməyə can atırlar”,– deyə o qeyd edib.

Teqlər: