Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 6000 m² (hər
mərtəbəsi 2000 m²) olan üçmərtəbəli avtoservisin mənfi 1-ci
mərtəbəsində, sahəsi 105 m² olan mühərrik təmiri sexində
şüşə-pambıqdan ibarət tavan və içərisində 30 m² sahədə əşyalar
yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
yüksək temperaturdan sahəsi 40 m² olan rəngləmə sexinin lambirindən
ibarət tavanı 20 m² sahədə, sahəsi 32 m² olan kafenin mətbəxinin
tavanı və 5 m² sahədə plastikdən ibarət qapısı əriyib. Avtoservisin
qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə
bölmələri tərəfindən söndürülüb.