Bakıda türkdilli ölkələr arasında iqtisadi sazişlər imzalanıb (FOTO)

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Bakıda türkdilli ölkələr arasında ticari-iqtisadi sazişlərin imzalanması mərasimi keçirilib.

Trend-in məlumatına görə, sənədlər Türk Şurası ölkələrinin nümayəndələri tərəfindən imzalanıb.

Sazişlər informasiya mübadiləsi, elektron ticarət sahələrini əhatə edir.

Qeyd edək ki, Bakıda keçirilən Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında türk dövlətlərinin rəsmi nümayəndələri, o cümlədən Türkiyənin ticarət naziri Mehmet Muş, Türk Şurasının baş katibi Baqdad Amreyev, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin müavini Badrıddin Abidov, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto iştirak edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: