Xəbər - Sədrəddin Ağcayev – Trend:
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclası işə başlayıb.
Trend-in məlumatına görə, iclas Türk Şurasının baş katibi Bağdad Amreyevin və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi və Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Macarıstan və Türkiyədən nazirlərin iştirakı ilə keçirilir.
İclas zamanı türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunacaq. Bundan başqa, Türk Şurasının 2-ci biznes mükafatlarının təqdimetmə mərasimi baş tutacaq.
Nazirlər, həmçinin Türk Şurasının Budapeşt və Bişkekdə keçiriləcək işgüzar və investisiya forumlarının təşkili məsələlərini müzakirə edəcəklər.
(Tərcümə: Orxan Nəbiyev)