Bakıda türk şəhidləri üçün namaz qılınacaq

Bakıda türk şəhidləri üçün namaz qılınacaq

İyulun 15-də Bakıda Heydər məscidində vəhdət namazı qılınacaq.  

Namazda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də iştirak edəcək.

Vəhdət namazı 2016-cı il iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhdin ildönümü münasibətilə qılınacaq.

Müxtəlif məzhəblərə mənsub şəxslər birgə namaz qılacaq, hərbi çevrilişin qarşısının alınması zamanı həlak olanlar yad ediləcək, ruhlarına dualar oxunacaq. Qeyd edək ki, Azərbaycanda bundan əvvəl də bir neçə dəfə vəhdət namazı qılınıb.