Bakıda tozun miqdarı normadan iki dəfə artıqdır

Bakıda tozun miqdarı normadan iki dəfə artıqdır

Bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

AzerTimes xəbər verir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva məlumat verib.

Onun sözlərinə görə, havada tozun miqdarı 1.8-2 dəfə normadan artıqdır. Buna səbəb arabir güclənən cənub-qərb istiqamətli küləyin təsiri nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır.

“Tozlu hava şəraiti lokal xarakter daşıyır və meteoroloji şəraitdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”, – Allahverdiyeva bildirib.

Teqlər: