Bakı şəhəri və Abşeron yarımadasının atmosfer havasında sinoptik şəraitlə əlaqədar gecə saatlarından başlayaraq toz müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova AzerTimes-a bildirib ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən hazırda havada tozun miqdarı normadan 1.2- 1.4 dəfə artıqdır.
Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir.