Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən dünən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva AzerTimes-a bildirib ki, havada tozun miqdarı 1.7- 1.9 dəfə normadan artıqdır.
“Tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli küləklər vasitəsilə Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır. Tozlu hava şəraitinin axşam saatlarına qədər davam edəcəyi və sinoptik şəraitlə əlaqədar gecə saatlarında norma daxilinə düşəcəyi gözlənilir”, – o əlavə edib.