Bakıda toyda bıçaqlanma olub.
AzerTimes Trend-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları 36-cı dalanda baş verib.
1992-ci il təvəllüdlü Əmrah Kalam oğlu Alışov toy məclisində aralarında yaranmış mübahisə zamanı 1991-ci il təvəllüdlü Rəvan Həmidulla oğlu Əsgərov a kürək nahiyəsindən daxilə nüfuz edən 1 bıçaq xəsarəti yetirib.
Faktla bağlı 11 may 2023-cü il tarixdə Sabunçu RPİ-nin İŞ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb və hadisəni törədən Əmrah Alışov saxlanılıb.