Xəbər - Elçin Mehdiyev – Trend:
Bakıda ötən illə müqayisədə torpağın qiyməti ucuzlaşıb.
MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov AzerTimes-a deyib ki, ötən ilin iyun ayı ilə müqayisədə torpağın qiymətində 10.22 % ucuzlaşma müşahidə edilib, lakin bu ilin iyun ayında torpaq qiymətləri 0.49 % bahalaşıb.
Bakıda fərdi yaşayış və bağ evlərinin qiyməti bahalaşıb.
Belə ki, iyun ayı ərzində fərdi yaşayış və bağ evlərinin satış qiyməti 3.8 faiz, ötən illə müqayisədə isə 7.33 faiz bahalaşıb.