Mart ayında Bakıda torpaq bazarında qiymətlərdə bahalaşma qeydə
alınıb.
“MBA Consulting Group” şirkətindən AzerTimes-a verilən məlumata
görə, mart ayında Bakıda bir sot torpağın orta qiyməti 7,22 faiz
bahalaşıb. İl ərzində isə qiymətlər 2,32 faiz bahalaşıb.
Qeyd edilib ki, qiymət artımı mövsümi xarakter daşıyır. Yaz-yay
fəsli dövründə torpağa, həyət evlərinə tələbat artır, torpaq
bazarında aktivləşmə müşahidə edilir, torpaq sahələrində ev
tikintisi işləri aktivləşir. Bütün bunlar torpaq bazarında
qiymətlərə təsirsiz ötüşmür.