Bakıda noyabrın 7-də hərəkətin intensiv olduğu yolda təkrar xuliqanlıq hərəkətləri etməklə, nəqliyyat vasitələrinə mane yaratmaqda təqsirləndirilən şəxs həbs edilib.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dəfələrlə törətdiyi cinayət əməllərinə görə əvvəllər məhkum olunan, 1992-ci il təvəllüdlü T.Ələsgərli barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində cinayət işi başlanılıb.
Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.