Bakı Dəmiryol Vağzalı və 28 May metrostansiyasının qarşısında abadlıq-quruculuq işləri aparılan ərazidə tikinti altına düşən yaşıllıqlar köçürüləcək.
AzerTimes xəbər verir ki, bunu Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC-nin mühəndisi Ariz İsmayılov Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, tikinti işlərinə görə 10 şam ağacı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ətraf ərazilərinə köçürüləcək:
“Beton hissələrə düşən yaşıllıqlar kiçik parametrli və köçürülməyə uyğun ağaclardır. Tikinti zamanı həmin bölgədəki yaşıllıq ərazilərə dəyən ziyanı minimum səviyyəyə endirməyə çalışırıq. Ekoloji mühiti qorumaq üçün 2 400 kvadratmetri yaşıllıqlardan ibarət olan 3.5 hektar ərazini əhatə edən park tikilir. Parkda tikilən ağaclar Bakı iqliminə uyğun növlərdir”.