Xəbər - Elçin Mehdiyev – Trend:
İyul ayı ərzində Bakıda kommersiya obyektlərinin satış və kirayə qiymətləri bahalaşıb.
“MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov AzerTimes-a deyib ki, iyul ayı ərzində Bakıda kommersiya obyektlərinin satış qiyməti iyun ayı ilə müqayisədə 2.43% bahalaşıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 10.93% bahalaşma qeydə alınıb.
Ekspert bildirib ki, kommersiya obyektlərinin icarəsi iyul ayı ərzində əvvəlki ayla müqayisədə 0.7%, ötən illə müqayisədə isə 3.23% bahalaşıb.
N.İbrahimov bildirib ki, kommersiya obyektlərinin bahalaşmasının səbəblərindən biri də karantin qaydalarının yumşaldılması olub. Belə ki, karantin qaydalarının yumşaldılması bazarda aktivliyi artırıb ki, bu da qiymətlərə təsirsiz ötüşməyib.
Twitter: @ElchinMehdiyev