Bakıda ticarət mərkəzindən 27 min manatlıq oğurluq edilib

Xəbər - Samir Əli – Trend:

Bakıda ticarət mərkəzi qarət edilib.

AzerTimes-ın məlumatına görə, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşları oğurluq etdiklərinə görə 2 nəfəri saxlayıb.

Saxlanılan şəxslərin ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların yanvarın 5-dən fevralın 7-dək olan müddətdə rayon ərazisindəki ticarət mərkəzlərinin birindəki 4 anbardan ümumilikdə 27.000 manat dəyərində geyim əşyaları oğurlamaları da müəyyən edilib.

Teqlər: