Qala qəsəbəsi ərazisində yerləşən avtomobil təmiri sexlərinin birindən “Ford” markalı avtomobil qaçırılıb.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobili qaçırmaqda şübhəli bilinən, orada işləyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.İsmayılov saxlanılıb.
Araşdırmalarla onun noyabrın 5-də həmin sexdən VAZ-2107 markalı digər avtomobili qaçırması da müəyyən olunub.