Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.
AzerTimes FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 6500 m² (hər mərtəbəsi 1300 m²) olan beşmərtəbəli obyektin birinci mərtəbəsində yerləşən sahəsi 80 m² olan avtomobil təmiri sexinin içərisində təmirə dayanan “Nissan” və “Hunday” markalı minik avtomobillərinin yanar hissələri, 30 paq.m elektrik kabeli və 8 ədəd qoruyucu açar yanıb.
Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.