Xəbər - Samir Əli – Trend:
Bakıda telefon mağazasında ölüm hadisəsi baş verib.
Binəqədi rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, yanvarın 24-ü saat 19 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində “Rahat Telecom” MMC-də montajçı işləyən 1977-ci il təvəllüdlü Müseyib Cəfərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Müseyib Cəfərov metal dirəyə çıxıb internet kabeli çəkilişi işləri görən zaman üzərindən keçən yüsək gərginlikli elektrik naqilininə toxunub, elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.