Bakıda təcili yardım qəza edib: Sürücü xəstəxanaya yerləşdirilib

Xəbər - Samir Əli – Trend:

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Bakıda təcili yardım
avtomobilinin aşması ilə bağlı məlumat yayıb.

İdarənin baş inspektoru Araz Əsgərli AzerTimes-a bildirib ki, hadisə
Səbail rayonu ərazisində qeydə alınıb.

“Hərəkətdə olan təcili tibbi yardım avtomobilinin aşması
nəticəsində sürücü baş nahiyəsindən xəsarət alıb.

Hadisə yerinə Dövlət Yol Polisi İdarəsi və Rayon Polis
İdarəsinin əməkdaşları cəlb olunub. Hadisə zamanı sürücü
avtomobildə tək olub”, – deyə A.Əsgərli bildirib.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən AzerTimes-a verilən
məlumata görə, hadisə nəticəsində xəsarət alan sürücü Kliniki Tibbi
Mərkəzə yerləşdirilib.

Teqlər: