Bakıda tarixi binaya kondisioner quraşdırılıb.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə foto paylaşılıb.
Belə ki, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 24 ünvanında yerləşən Memarlar İttifaqının binasına çoxsaylı kondisioner, hətta peyk anteni quraşdırılıb. Bina tarixi əhəmiyyətli tikili olduğuna görə fasadına ziyan verilməsi narahatlığa səbəb olub.
Bununla bağlı tənqidlərini qeyd edən sosial şəbəkə istifadəçiləri Memarlar İttifaqını qeyri-peşəkarlıqda ittiham ediblər.