Bakıda tapança satmaq istəyən şəxs saxlanılıb (FOTO/VİDEO)

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin
əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata
keçirdikləri tədbir nəticəsində qanunsuz olaraq əldə etdiyi odlu
silah-sursatı satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, bölməyə
paytaxt sakini əvvəllər məhkum edilmiş Aleksandr Qorbunovda silah
olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxs əməliyyat nəticəsində tutularaq Polis Bölməsinə
gətirilib. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Beretta” markalı
atəş üçün yararlı tapança, həmin silaha məxsus daraq və 4 ədəd
patron aşkar edilərək götürülüb.

21-ci Polis Böməsində toplanan materiallar araşdırmaların davam
etdirilməsi üçün Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə
göndərilib. Aleksandr Qorbunov barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.

Teqlər: