Bakıda tanışını öldürməyə cəhd edən şəxsin işi məhkəməyə göndərildi

Xəbər - Samir Əli – Trend:

2021-ci il oktyabrın 25-də paytaxtın Nərimanov rayon sakini
Tural Heydərovun kəsilmiş-deşilmiş xəsarətləri alması faktı üzrə
Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə
istintaq tamamlanıb.

Nərimanov rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
Nərimanov rayon prokurorluğunda aparılmış istintaq zamanı müəyyən
edilib ki, zərərçəkmişin tanışı Şükran Əliyev şəxsi münasibətlər
zəminində aralarında yaranmış mübahisə zamanı Tural Heydərova
məişət təyinatlı bıçaqla vuraraq müxtəlif dərəcəli bədən
xəsarətləri yetirərək onu qəsdən öldürməyə cəhd edib.

Şükran Əliyev Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə
cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib.

Teqlər: