Bakıda sürücüyə qarşı soyğunçuluq edilib.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə olan 2 sərnişinin sürücünün 250 manat pulunu soyğunçuluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.
Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Hakim Hüseynov və Bərdə rayon sakini olan qadın müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.