Bakıda sürücü xanımın yolunu kəsib, dəyənəklə… – Video

Bakıda sürücü xanımın yolunu kəsib, dəyənəklə… – Video

Bakıda taksi sürücüsünün qorxulu hərəkətləri anbaan kameraya düşüb.

AzerTimes Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə mayın 23-də, Bakı-Sumqayıt yolunda (avtovağzalın qarşısında) baş verib.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan sürücü idarə etdiyi 99 UP 654 qeydiyyat nişanlı “Opel” markalı avtomobili ilə xanım sürücünün sükan arxasında olduğu maşının qarşısını kəsib.

“Görüntüdəki avtomobilin sürücüsü öncə xanım sürücünü yolda sıxışdırıb. Daha sonra isə onun qarşısını kəsərək avtomobildən düşüb. Bu azmış kimi avtomobilində soyuq silah kimi gəzdirdiyi dəyənəyi götürərək xanımın üzərinə hücum edib. Həmin vaxt hadisə ilə üzləşən xanım sürücü qorxu və həyəcan keçirib”, – xanım sürücünün yaxını bildirib.

Teqlər: