Bakıda maşınları əzən “Toyota Prius” marakalı avtomobilin sürücüsü polislərə müqavimət göstərib.
AzerTimes Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
Görüntülərdən qəza törədən sürücünün polis əməkdaşlarının müdaxiləsinə məhəl qoymadığı görünür və maşını onların üzrəinə sürərək təhlükəli anlar yaşatdığı məlum olur.
Sürücü eyni zamanda bir neçə polis avtomobilinə və digər maşınlara da ziyan vurub.