Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək yaşadığı evin girişində quraşdırılmış su sayğacının içərisinə naməlum bağlama yerləşdirildiyini bildirib.
DİN-dən AzerTimes-a verilən məlumata görə, Nizami RPİ-nin 25-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilərək sayğacın içərisindən 2 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.