Xəbər - Ceyhun Ələkbərov – Trend:
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, BMTİP-QEF Kür II Layihəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Arts Council Azerbaijan” təşkilatının birgə əməkdaşlığı ilə Bakının Qala etnoqrafik muzey qoruğunda “Su parkı” istifadəyə verilib.
AzerTimes-ın məlumatına görə, yeni park 100-150 kvadratmetr sahədə yerləşir və bura müxtəlif incəsənət nümunələrinin yerləşdirilməsi üçün bir platforma olacaq. “Su parkı”nın salınmasında məqsəd istirahət zamanı insanları incəsənət vasitəsilə suyun əhəmiyyəti barədə maarifləndirməkdir.
“Arts Council Azerbaijan” bu parkın ətrafında su çatışmazlığı və sudan səmərəli istifadə mövzusuna aid sənət obyektlərinin yaradılması və quraşdırılması, eyni zamanda, mövzu ilə bağlı müvafiq seminar və silsilə tədbirləri təşkil edib. Sənət obyektlərinin yaradılması prosesində 9 istedadlı rəssam iştirak edib.
Parkın ərazisində müxtəlif növdə yeni ağaclar da əkilib.
Twitter: @JeyhunAlakbar