Xəbər - Samir Əli – Trend:
Bakıda magistral su kəmərində qəza baş verib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən AzerTimes-a verilən məlumata görə, baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 14 iyun 2021-ci il tarixində Nəsimi rayonu 1-5-ci mikrorayonlara içməli su verilməsində məhdudiyyətlər yaranıb. Hazırda qəzanın aradan qaldırılması işləri davam etdirilir.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.