Bakıda sökülən yataqxanadakı 26 ailə icra hakimiyyətinin təklifini qəbul edib

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bakıda sökülən yataqxananın narazı sakinləri icra hakimiyyəti ilə razılığa gəliblər.

Bu barədə AzerTimes-a Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib. Qeyd olunub ki, qəzalı şəraitdə olan yataqxana sökülərək yerində bina tikiləcək və oradan həmin sakinlərə yeni mənzillər veriləcək:

“Məlum olduğu kimi Bakıda Məişət Kondisionerləri zavodunun yataqxanası uzun müddət idi ki, qəzalı vəziyyətdə idi. Bu səbəbdən Fövqəladə Hallar Nazirliyinin rəyindən sonra binanın sökülməsi qərarı verildi. Yataqxanada yaşayan sakinlərə ilk öncə pul təklif olunsa da, sonradan onların istəyi ilə təklif dəyişdirildi.

Yeni təklif isə belə oldu ki, sökülən binanın yerində tikilən yeni binada onlara mənzillər veriləcək. Binada yaşan 146 ailədən 120-i buna razı oldu, digər 26 nəfər bəzi səbəblərə görə bu təklifi ilk öncə qəbul etməsələr də, sonradan onların da razılığı əldə olundu. Artıq həmin ailələr də öz istəkləri ilə mənzillərindən çıxmağa başlayıblar, bir nəfər qalmışdı ki, o da bu gün köçəcək”.

Teqlər: