Bakıda skuter icarəsi mobil tətbiqləri fəaliyyətlərini müvəqqəti dayandırdığı barədə bildirişlər göndərir.
AzerTimes xəbər verir ki, məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Trend-ə açıqlamasında skuterləri idarə edənlərin də digər hərəkət iştirakçıları kimi məsuliyyət daşıdığını və qaydaları pozduqları təqdirdə cərimələndiklərini bildirib.
“Skuterlər mopedlərlə oxşar xüsusiyyətləri olduğu üçün onlar “Yol hərəkəti haqqında” qanunun 46-cı maddəsində nəzərdə tutulan vəzifə və hüquqlara sahibdir. Hər bir skuter idarə edən şəxs nəzərdə tutulmuş qaydada yolun sağ hissəsi ilə bütün qaydaları icra etməklə bu növ qeyri-mexaniki vasitələri idarə edə bilərlər. Dəbilqədən istifadə etmədikdə 40 AZN, digər hallara görə, yəni İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən isə 20-100 AZN məbləğində cərimələr müəyyən olunub”, – deyə o qeyd edib.