Xəbər - Sədrəddin Ağcayev – Trend:
Rusiyanın “Sibir” şirkəti Bakıda mikromobil nəqliyyat layihəsini reallaşdırır.
Bunu ötən gün Trend-ə şirkətin direktoru, Strateji Təşəbbüslər Agentliyinin şəhər inkişafı üzrə nümayəndəsi Ramil Əliyev deyib.
Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti artıq “Sibir” şirkətinə elektrik skuterlərin icarə məntəqələri üçün ərazi ayırıb:
“İnsanların bir nöqtədən digərinə hərəkət etmək üçün bu nəqliyyat növündən fəal istifadəsi müşahidə olunur. Bu layihənin icrasından sonra paytaxt sakinləri skuter icarəyə götürəcək və onu çatdıqları məntəqədə qoya biləcək”.
Şirkət direktoru bildirib ki, bu layihənin icrası Bakıda tıxacların azalmasına, eləcə də təmiz nəqliyyatın sayının artmasına gətirib çıxaracaq:
“Biz artıq Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparmışıq, şəhərin növbəti 20 il ərzində inkişaf planı ilə tanış olmuşuq. Bu plan çərçivəsində Bakının mərkəzində və bulvar boyunca dairəvi yolun tikintisi planlaşdırılır. Dairəvi yol velosiped cığırına da malik olacaq”.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)