Xəbər - Samir Əli – Trend:
Bakı Nəqliyyat Agentliyi paytaxt ərazisində sıxlıq olan yolların siyahısını açıqlayıb.
Agentlikdən AzerTimes-a verilən məlumata görə, hazırda Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsindən istiqamətindən başlayaraq,20 Yanvar dairəsi istiqaməti), Binəqədi şosesi – (Əsasən,Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər,Şəhər istiqamətində), Babək prospekti – (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən,Şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində), Qara Qarayev prospekti – (Koroğlu metro stansiyası istiqamətində), Zabrat şosesi – (Zabrat dairəsi istiqamətindən,əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra,Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində), Yavər Əliyev küçəsi – (Aeroport şossesinə çıxan yol) və Həsən bəy Zərdabi prospektində – (20 Yanvar dairəsinə düşən hissəsi) sıxlıq müşahidə edilir.