Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı (FOTO)

Xəbər - Samir Əli – Trend:

Paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıqlar müşahidə olunmaqdadır.

Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə, sıxlıq olan yollarda müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb. Hərəkət sürəti aşağı düşdüyündən intervallarda gecikmələr var.

Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsindən başlayaraq,20 Yanvar dairəsi istiqaməti) sıxlıq Ziya Bünyadov prospekti – Əsas yol – (Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq,Bakı Polad Zavodunun qarşısı da daxil,eyni zamanda,Çermet körpüsü üzərindən,20 Yanvar dairəsi istiqamətində) – sıxlıq

Üzeyir Hacıbəyli küçəsi – (Cavanşir körpüsünün üzərindən,Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər,Hökumət Evi istiqamətində) – sıxlıq

Afiyəddin Cəlilov küçəsi – (Cavanşir körpüsünün üzərindən,Hökumət Evi istiqaməti) sıxlıq
Abdulvahab Salamzadə küçəsi – Əsas yol – (Ziya Bünyadov prospekti istiqamətində) – nisbətən sıxlıq

A.Nobel prospekti – (Süleyman Əhmədov küçəsi ilə kəsişməyə qədər,Şəhər mərkəzi istiqamətində) – sıxlıq

Babək prospekti – (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən,Şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində) sıxlıq
Heydər Əliyev prospekti – Əsas yol və Kənar yol – (Koroğlu metro stansiyasının qarşısından,Şəhər mərkəzi istiqamətində) – sıxlıq

28 May küçəsi – (Azadlıq prospekti ilə kəsişmədən,Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər) – sıxlıq

Tbilisi prospekti – (Hər iki istiqamətdə,şəhər mərkəzi və Rövşən Cəfərov küçəsi ilə kəsişmə olan hissəsinə qədər, 20 Yanvar dairəsi istiqamətində) – sıxlıq

Yusif Səfərov küçəsi (Cavanşir körpüsü istiqamətində) – sıxlıq

Həsən bəy Zərdabi prospekti (20 Yanvar dairəsinə düşən hissə) – sıxlıq

Teqlər: