Xəbər - Samir Əli – Trend:
Bakı Nəqliyyat Agentliyi paytaxt ərazisində sıxlıq yaranan əraziləri açıqlayıb.
Agentlikdən AzerTimes-a veriliən məlumata görə, hazırda Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq, Avtovağzal metro stansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi istiqamətində), Binəqədi şosesi – (Əsasən,Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur.
Həmçinin Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi istiqaməti üzrə sıxlıq müşahidə olunur. Səbəbi isə, yol – nəqliyyat vasitələrinin çoxluğudur.
Tbilisi prospekti – Əsas yol – (20 Yanvar dairəsindən başlayaraq,əsasən,Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər,şəhər istiqamətində) sıxlıq var.