Bakıda şirkət işçisi faciəvi şəkildə öldü

Bakıda şirkət işçisi faciəvi şəkildə öldü

Martın 11-i saat 12 radələrində 1988-ci il təvəllüdlü Elvin Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə AzerTimes-a Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, araşdırma zamanı Elvin Məmmədovun fəhlə kimi işlədiyi Buta Çərəz MMC-yə məxsus anbarda iş vaxtı yük avtomobilli ilə soyuducu arasında qalması nəticəsində aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Teqlər: