Xəbər - Samir Əli – Trend:
Nəsimi Rayon İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, şöbəyə əvvəllər dəfələrlə məhkum olunmuş Əli Ağayevin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs qısa zamanda tutularaq Polis Şöbəsinə gətirilib.
Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd sandıqça və 2 ədəd patron aşkar olunaraq götürülüb. Əli Ağayev silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapdığını buna baxmayaraq polis əməkdaşalarına təhvil vermədiyini bildirib.
Faktlarla bağlı 22-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib.