Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin
əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Balaxanı
qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində üzərində və
yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat və külli miqdarda
narkotik maddə saxlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, şöbəyə
əvvəllər məhkum olunmuş Zaur Əfəndiyevdə odlu silah olması barədə
əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və onun
üzərinə baxış zamanı ümumilikdə 28 qram tiryək və heroin aşkar
edilib. Zaur Əfəndiyev ifadəsində yaşadığı evin həyətindəki
yardımçı tikilidə əlavə narkotik vasitələr və odlu silah
gizlətdiyini etiraf edilb. Polislər həmin yerə baxış keçirən zamanı
oradan 1 kiloqram 77 qram heroin, 142 qram tiryək, 1 ədəd “TT”
maraklı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar edərək
götürüblər. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan
şəxs Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul
olub.
O, xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə
əlaqə yaradaraq həmin şəxslərin ölkə ərazisinə müxtəlif qanunsuz
yollarla göndərdikləri narkotikləri və odlu silahı qəbul edib.
Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu
Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zaur Əfəndiyev
barəsində məhkəmələrin qərarı ilə 4 ay müddətinə həbs qətimkan
tədbiri seçilib.
Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam
etdirilir.