Bakıda silahlı insident oldu

Bakıda silahlı insident oldu

Bakıda silahlı insident olub. Hadisə ötən gecə Sabunçunun, Bilgəh qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, Rəhimov Ramid Əzizağa oğlu aralarında yaranmış mübahisə zəminində tanışı, Tərlan Ağarəsul oğlu Dadaşovu öldürmək məqsədi ilə güllələyib. Nəticədə ağır yaralanan T. Dadaşov xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində R. Rəhimov tutulub. Ondan hadisədə istifadə etdiyi kustar üsulla hazırlanmış silah götürülüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.