Bakıda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 65 m² olan istehsalat sexində hər birinin tutumu 4 ton olan 4 çəndən birindən ətrafa dağılan yağ 15 m² sahədə və sexin taxta atmaları 20 m² sahədə yanıb.
Yanğın zamanı sexin içərisində olan 2 ədəd propan qaz balonu (hər birinin həcmi 20 litrdir) yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Sexin qalan hissəsi və çəlləklər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.