Bakıda səs yazısı yayılan məktəb direktoruna şiddətli töhmət verildi

Bakıda səs yazısı yayılan məktəb direktoruna şiddətli töhmət verildi

Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktorunun bir müddət öncə ictimailəşən səs yazıları və məktəbin pedaqoji kollektiv üzvlərinin müvafiq instansiyalara müraciəti əsasında aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin rəhbəri Nəcibə Axundovaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bu barədə AzerTimes-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, hazırda N.Axundova səhhəti ilə əlaqədar müvəqqəti olaraq işə çıxmır.

Onun müalicəsi başa çatdıqdan sonra iş yerinin dəyişdirilməsi məsələsinə baxılacaq.

Qeyd edək ki, bir müddət əvvəl N.Axundovanın rüşvətlə bağlı səs yazısı yayılıb.

Teqlər: