Bakıda sərxoş şəxs özünü dənizə atdı

Bakıda sərxoş şəxs özünü dənizə atıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, hadisə
mayın 4-də saat 21 radələrində Səbail rayonu ərazisindəki Milli
Parkda baş verib. Ərazidə bir nəfər sərxoş vəziyyətdə özünü dənizə
atıb.

Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi
sayəsində həmin şəxs xilas edilib.

Onun Quba rayon sakini Novruz Novruzov olduğu müəyyən
edilib.

Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək xəstəxanaya
çatdırıblar. N.Novruzova xəstəxanada da tibbi yardım göstərilərək
ambulator müalicə alması üçün evə buraxılıb.
Araşdırma aparılır.

Teqlər: