Xəbər - Samir Əli – Trend:
Bakıda sərxoş kişi özünü dənizə atıb.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yanvarın 25-də saat 23 radələrində Dənizkənarı Milli Parkın ərazisində Qobustan rayon sakini Ü.Nəsirov sərxoş vəziyyətdə dənizə düşüb. Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən o xilas edilərək xəstəxanaya yerləşdirilib.
Hazırda Ü.Nəsirovun vəziyyəti qənaətbəxşdir.