Bakıda sərnişin avtobusu qəzaya uğradı: yaralı var

Bakıda sərnişin avtobusu qəzaya uğradı: yaralı var

Bakının Nəsimi rayonunda sərnişin avtobusu qəzaya düşüb, xəsarət alan var.

AzerTimes Report-a istinadən xəbər verir ki, 3 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişin 1992-ci il təvəllüdlü Fatimə Bəhram qızı Quliyeva xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Teqlər: