Bakıda sərnişin avtobusu betonqarışdıran avtomobillə toqquşub

Bu gün səhər saatlarında Binəqədi şossesində yol nəqliyyat hadisəsi baş verib.

AzerTimes-ın məlumatına görə, “Manella MMC”-nin müvəqqəti istsimarında olan 108 A müntəzəm marşrut xətti üzrə 10 TG 635 Dövlət Qeydiyyat Nişanlı sərnişin avtobusu betonqarışdıran avtomobillə toqquşub.


Hadisəylə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq araşdırma aparılır. Əməkdaşlar hadisə yerinə yollanıb. “Manella MMC”-nin rəhbəri Qurbanəli İsmayılov Agentliyə çağırılıb.

Teqlər: