2022-ci ilin yanvar-mart aylarında Bakıda sənayedə istehsal
olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 17,7 milyard
manat təşkil edib.
AzerTimes-ın
məlumatına görə, sənaye məhsulunun 84,8 faizi mədənçıxarma, 12,9
faizi emal, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı,
tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal
olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 90,3 faiz olmuşdur.
İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92,6 faiz, sənaye
xarakterli xidmətlərin göstərilməsi isə 7,4 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara
göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə
alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 aprel 2022-ci il
vəziyyətinə 519,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış
və satış üçün nəzərdə tutulmuş 80,4 milyon manat məbləğində digər
məhsullar da mövcud olub.