Bakıda səfirlik əməkdaşı yol qəzasına düşdü

Bakıda səfirlik əməkdaşı yol qəzasına düşüb.

AzerTimes-ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində baş
verib. 1987-ci il təvəllüdlü Türkiyə vətəndaşı Yüzak Taner idarə
etdiyi avtomobillə hərəkətdə olarkən digər avtomobillə toqquşub.
Hadisə nəticəsində ağır xəsarət alan Y. Taner xəstəxanaya
yerləşdirilib.

Qəzada xəsarət alan Y.Tanerin Türkiyənin Azərbaycandakı
səfirliyinin əməkdaşı olduğu bildirilir.

Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Elnur
Hidayətoğlu AzerTimes-ın sorğusuna cavab olaraq bildirib ki, qəzada
ağır xəsarət alan Türkiyə vətəndaşı mərkəzin reanimasiya şöbəsinə
yerləşdirilib.

“Dərhal yaralıya ilkin tibbi yardım göstərilib. KT və ultrasəs
müayinəsi aparılıb. Hazırda yaralı qapalı kəllə beyin travması ilə
Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır stabil
olaraq qalır”, – E.Hidayətoğlu deyib.

Teqlər: